İdman

Messi 370 milyon avro vergi ödəyib

Sharing is caring!

“Barselona”nın kapitanı Lionel Messi İspaniya dövlət büdcəsinə ən çox vergi ödəyən şəxslərdən biridir.

XəbərAl.az “Marca”ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun 2017-ci ildə imzaladığı müqaviləyə görə, o, 4 il ərzində ümumilikdə 370 milyon avrodan çox vergi ödəyib. Bunun təxminən 275 milyon avrosu şəxsi gəlir vergisidir.

O, hər il təxminən 70 milyon avro məbləğində vergi ödəyir.

Həmçinin bildirilir ki, bu, hər il əldə edilən gəlirə əsasən, faiz nisbətində dəyişən bir rəqəmdir.

Qeyd edək ki, Messinin müqaviləsinə görə o, 4 ildə ümumilikdə 555 milyon avro qazanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir