Dünya

Macarıstan XİN-in rəhbəri Aİ-ni ikili standartlarda ittiham etdi

Sharing is caring!


Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa İttifaqının rəhbərliyini ikili standartlarda ittiham edib.

Rumıniyadakı Macarların Demokratik İttifaqının lideri Hunor Kelemen ilə Budapeştdə görüşdən sonra mətbuat konfransında danışan nazir Qərbi və Mərkəzi Avropa ölkələrinin eyni hərəkətlərinə Brüsselin tamamilə fərqli münasibət bəslədiyini bildirib.

Xarici işlər naziri xatırladıb ki, 2022-ci ildə Rumıniyanın Şengen zonasına girişi Avstriya tərəfindən əngəllənib, həmçinin Bolqarıstan Niderlandın etirazları səbəbindən vahid Avropa viza zonasına qoşula bilməyib.

“Maraqlıdır ki, Qərbi Avropa ölkəsi veto hüququndan istifadə edirsə, bu, ümumavropa qərarlarının qəbulu nöqteyi-nəzərindən tamamilə təbii hesab olunur. Əgər Mərkəzi Avropa dövləti veto hüququndan istifadə edirsə və ya hətta bu barədə düşünürsə, o zaman buna İttifaqdakı həmrəyliyin ciddi şəkildə pozulması kimi baxılacaq”, – deyə o, qeyd edib.

“Bunlar ikili standartlardır və onları tətbiq etməmək yaxşı olardı”, – deyə nazir yekunlaşdırıb.

O, Macarıstanın Rumıniya və Bolqarıstanın Şengen zonasına qoşulmaq istəyini dəstəklədiyini təsdiqləyib və digər ölkələrdən bu prosesə müdaxilə etməməyi xahiş edib.

Mənbə: osnmedia.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir