Cəmiyyət

Azərbaycanda son bir həftə ərzində 45 nəfər COVID-19-a yoluxub – FOTO

Sharing is caring!


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə (30.10.2023-05.11.2023) 45 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan iki nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 834 095 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 689 nəfər müalicə olunaraq sağalıb, 10 358 nəfər vəfat edib, aktiv xəstə sayı 48 nəfərdir.

Ölkədə son həftə ərzində 3 184, hazırkı dövrədək isə 7 706 434 test aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir