Dünya

Baş konsul: “Türkiyə Naxçıvanda çox önəmli layihələr həyata keçirəcək”

Sharing is caring!


“Naxçıvanda çox önəmli layihələr həyata keçirəcəyik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya deyib.

“Burada fəaliyyətə başladığım gündən Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələri hər sahədə genişləndirməyə çalışıram.

Naxçıvandan Türkiyəyə və ya Türkiyədən Naxçıvana uzun illərdir, geniş tərkibli işgüzar səfərlər olmayıb. Türkiyədən çox sayda iş adamı və ya müxtəlif qruplar buraya səfərə gəlirlər. İnşallah, bu səfərlərin intensivləşməsinə dəstək olacağıq. Gələcəkdə rəsmi səfərlərin də çox olacağına ümid edirik”, – deyə Baş konsul vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir