Dünya

“İnter” İnzagi ilə “davam” dedi

Sharing is caring!


İtaliyanın “İnter” klubu baş məşqçisi Simone İnzagi ilə müqavilənin müddətini uzadıb.

Bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, 47 yaşlı mütəxəssisin yeni sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, S.İnzagi 2021-ci ildən “nerazzuri”ni çalışdırır. O, bu müddət ərzində iki dəfə ölkə kubokunun və eyni sayda Super Kubokun sahibi olub. Komanda ötən mövsüm Çempionlar Liqasında final oynayıb və “Mançester Siti”yə uduzub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir