İdman

Şahmat Federasiyası millimizin latviyalı legioneri ilə vidalaşdı – RƏSMİ

Sharing is caring!

Qrossmeyster Arkadi Naydiçlə Azərbaycan Şahmat Federasiyası arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Azərbaycan Şahmat Federasiyası beş il (2015-ci ildə Almaniya millisini Azərbaycan yığmasına dəyişib – S.M.) kişi şahmatçılardan ibarət milli komandada çıxış edən qrossmeysterə təşəkkür edib və gələcək karyerasında uğur arzulayıb.

Qeyd edək ki, latviyalı Arkadi Naydiç 2017-ci ildə Azərbaycan yığmasının heyətində komandalar arasında Avropa çempionatında qızıl medal qazanıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir