Dünya

Şoyqu Ukrayna ordusunun əks hücumundan danışıb

Sharing is caring!


Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Ukrayna ordusu əks-hücum əməliyyatlarını başlayandan bəri 66 mindən çox canlı qüvvəsini və 7,6 min silah-sursat itirib.

S.Şoyqu bu barədə yüksəkrütbəli hərbçilərin və mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən iclasda məlumat verib.

O bildirib ki, Kiyev əks-hücumun uğursuzluqlarını gizlətməyə çalışır.

Şoyqunun sözlərinə görə, Ukrayna tərəfi əks-hücum cəhdləri zamanı heç bir istiqamət üzrə məqsədlərinə nail olmayıb.

Mənbə: Tvzvezda.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir