Dünya

Türkiyənin Sudandakı səfirinin avtomobili atəşə tutuldu

Sharing is caring!


Türkiyənin Sudanın paytaxtı Xartumdakı səfiri İsmail Çobanoğlunun avtomobili atəşə tutulub.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Bu barədə Sudandakı münaqişə tərəflərindən biri olan Çevik Dəstək Qüvvələri məlumat verib. Səfir və onu müşayiət edən şəxslərin vəziyyətinin yaxşı olduğu qeyd edilib.

Diplomatik mənbələr hadisə ilə bağlı məlumatı təsdiqləyib.

“Sudan Silahlı Qüvvələri (SAF) Türkiyənin Sudandakı səfiri İsmail Çobanoğlunun maşınına atəş açıb. Təxliyə məsələləri ilə bağlı işlərin əvvəlcədən koordinasiya edilməsinə və səfirlik binasının SAF-ın nəzarəti altında olmasına baxmayaraq, hücum aktı baş verib. Buna baxmayaraq, Çevik Dəstək Qüvvələri səfiri və onun nümayəndə heyətini təhlükəsiz yerə təxliyə edə bilib”, – deyə Çevik Dəstək Qüvvələrinin sözçüsü hadisə ilə bağlı açıqlamasında qeyd edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir