Dünya

“Milad asteroidi” Yerə doğru uçur

Sharing is caring!

Yerə doğru uçan 2015 RN35 asteroidi avropalı alimlər tərəfindən kəşf edilib.

Bu barədə Avropa Kosmik Agentliyi dekabrın 13-də “Twitter”də yazıb.

“2015 RN35 asteroidi kifayət qədər böyükdür və həvəskar astronomların onu müşahidə etməsi üçün çox yaxından uçacaq”, – deyə məlumatda bildirilib.

Qeyd edilib ki, asteroidin eni 140 metrə çatır. Səma cismi Yerə 680 min kilometr məsafədə yaxınlaşacaq. Ona görə də planet və bəşəriyyət üçün təhlükə yaratmayacaq.

Onu da bildirək ki, mediada səma cisminə “Milad asteroidi” adı verilib.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir