Cəmiyyət

Üzü və ayaqlarından başqa hər yeri yanan dörd yaşlı Ömərin yardıma ehtiyacı var – FOTO

Sharing is caring!

Bakıda dörd yaşlı oğlanın bədəninin böyük hissəsi ehtiyatsızlıqdan yanıb.

Bu barədə Oxu.Az-a onun nənəsi Nəcibə Əliyeva məlumat verib.

N.Əliyeva bildirib ki, 2018-ci il təvəllüdlü nəvəsi Əlizadə Ömər Səxavət oğlunun vəziyyəti ağırdır:

“Hadisə noyabrın 19-da baş verib. Nəvəm evdə qonşunun uşağı ilə oynayarkən mürəbbə qazanına düşüb. Həmin gün onu Şəki rayonu Mərkəzi Xəstəxanasına apardıq. Noyabrın 20-si isə bizi Bakıya göndərdilər. Üzü və ayaqlarından başqa hər yeri tam yanıb. Həkimlər Ömərin vəziyyətinin ağır olduğunu deyirlər. Ömərin müalicəsi üçün dəstəyə ehtiyacımız var. İmkanlı şəxslərdən xahiş edirəm ki, bizə kömək etsinlər. Balamızı xilas edək”.

Ailə ilə əlaqə üçün: 055 800 94 43

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir