Dünya

Polşa Belarusa sərt siqnal verdi: “Lazım gələrsə, Avropadan tamamilə ayıracağıq”

Sharing is caring!


“Polşa Baltikyanı ölkələrlə birlikdə Belarusla sərhəddə ciddi insidentlər baş verəcəyi təqdirdə konkret addımlar atmağa hazırdır”.

Bu barədə Polşa daxili işlər naziri Mariuş Kaminski bildirib.

“Biz Minskə çox aydın siqnal verdik. Polşa, Latviya və ya Litvanın Belarusla sərhədində istənilən təxribat rejim üçün çox böyük nəticələrə gətirib çıxaracaq. Siqnal sərt və birmənalı idi”, – deyə Kaminski qeyd edib.

Nazir həmçinin Polşa, Latviya, Litva və Estoniya daxili işlər nazirlərinin birgə iclasında “kritik insident” baş verəcəyi təqdirdə Belarusla sərhədin tamamilə bağlanması ilə bağlı qəbul edilən qərarı da xatırladıb.

“Əgər təxribat olarsa, kritik insident baş verərsə, Belarusun Avropa və Aİ ilə bütün sərhəd-keçid məntəqələri dərhal bağlanacaq. Hələ də fəaliyyət göstərən avtomobil, dəmiryolu, sərnişin, yükdaşımaları da daxil olmaqla hamısı. Belarusu Avropadan tamamilə ayıracağıq”, – deyə Polşa Daxili İşlər Nazirliyinin rəhbəri vurğulayıb.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir