Dünya

İranda etirazçı müəllim həm işdən çıxarıldı, həm də həbs olundu – FOTO

Sharing is caring!


İranda təhsil işçilərinin hüquqlarını müdafiə edən Müəllim Həmkarlar Birliyinin fəallarına qarşı təzyiqlər davam edir.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Təhsil Nazirliyi vətəndaş cəmiyyəti fəalı və müəllim Əziz Qasımzadəni işdən çıxarıb.

Bundan əlavə Rəşt şəhər İnqilab Məhkəməsi təhsil sahəsində 25 illik təcrübəsi olan fəalı hökumət əleyhinə təbliğat aparmaqda ittiham edərək, bir il müddətinə azadlıqdan məhrum edib.

Hazırda Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan Əziz Qasımzadənin, həmçinin təhsil sahəsində işləməsinə də birdəfəlik qadağa qoyulub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir