Dünya

İran hökuməti güneyli uşağa türk adına görə şəhadətnamə vermir – FOTO

Sharing is caring!


Şərqi Azərbaycan əyalətinin Şəbüstər şəhərindən olan Hunay Nurməhəmmədi adlı körpəyə adının türk olmasına görə Sufian şəhərinin Qeydiyyat İdarəsi doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Uşağın atası Murtuza Nurməhəmmədinin sözlərinə görə, övladının adının elektron qeydiyyata alınması üçün müraciət etdikdən bir müddət sonra ona bildirilib ki, uşağa bu adın seçilməsinə görə doğum haqqında şəhadətnamə almaq müraciəti qəbul olunmayıb.

Murtuza Nurməhəmmədi məsələnin həlli üçün artıq məhkəməyə müraciət etdiyini bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir