Dünya

“Brent” markalı neftin qiyməti arta bilər

Sharing is caring!


Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar olaraq “Brent” markalı neftin qiyməti bir barel üçün 90 dollar və ya daha yuxarı ola bilər.

Bu barədə “Bloomberg” bir sıra ekspertlərin rəyinə istinadən xəbər verir.

Onların fikrincə, qiymətlərin kəskin artması üçün regionun neft hasilatı infrastrukturuna birbaşa zərbələr endirmək lazımdır.

Xüsusilə, “Mizuho” Maliyyə Qrupunun baş iqtisadçısı Vişnu Varatan qeyd edib ki, qlobal bazarda neft tədarükçüləri üçün çoxlu risklər var. Tələb zəifləsə belə, qiymətlər geosiyasi amillərə görə yüksələ bilər.

Honkonqlu analitik Neil Beveridc əsas risk faktorunu ABŞ və müttəfiqlərinin xam neft ixracının gündəlik 1,5 milyon barelə yüksəldiyi İrana qarşı daha sərt tədbirlər görməyə dair mümkün qərarı hesab edir. Onun sözlərinə görə, Tehrana qarşı sanksiyaların istənilən sərtləşdirilməsi neftin qiymətinin artmasına səbəb olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir