Dünya

ABŞ-də Baydenin istirahət yeri üzərində hava məkanı pozulduğu üçün havaya “F-16”lar qaldırılıb

Sharing is caring!


ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları mülki təyyarənin ABŞ Prezidenti Co Baydenin istirahət etdiyi Taho gölü (Nevada) ərazisində bağlı hava məkanını pozması səbəbindən havaya qaldırılıb.

Bu barədə Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) yaydığı yazılı açıqlamada bildirib.

“Bu səhər iki NORAD “F-16” qırıcısı və ABŞ Sahil Mühafizəsinin bir “MH-65 Dolphin” helikopteri mülki təyyarənin Taho gölü (Nevada ştatı) ərazisində müvəqqəti uçuş məhdudiyyəti zonasını pozması ilə bağlı hərəkətə keçib. Mülki təyyarə yerli vaxtla təxminən saat 7:50-də (Bakı vaxtı ilə saat 18:50 – red.) zonanı pozub və zonadan kənara çıxarılıb”, – deyə açıqlamada deyilir. Təyyarə insidentsiz ərazini tərk edib.

NORAD vurğulayıb ki, qırıcılar mülki təyyarənin pilotunun diqqətini cəlb etmək üçün məşəllər atıblar.

“Məşəllərdən istifadə edərkən, biz ilk növbədə təyyarənin və yerli sakinlərin təhlükəsizliyinin qayğısına qaldıq. Onlar tez bir zamanda, tamamilə yanır və yerdə olan insanlar üçün təhlükə yaratmır”, – deyə əlavə ediblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir