Dünya

Həbsdə olan güneyli fəalın həyatı təhlükədədir – FOTO

Sharing is caring!


Tehranın “Evin” zindanında saxlanılan Güney azərbaycanlı fəal Rza Şəhabinin xəstəxanaya köçürülməsinə icazə verilmir.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, onu müayinə etmək üçün tibbi sənədləri daha öncə həkimlərə göndərilib və mütləq əməliyyat olunmasına rəy verilib.

Buna baxmayaraq, etirazçı fəalın xəstəxanaya göndərilməsinin qarşısı alınıb.

Qeyd edək ki, Rza Şəhabi Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqı İdarə Heyətinin üzvü olub.

O, rejimə qarşı təbliğat aparmaqda, ölkənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaqda və əlbir olmaqda ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum olunub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir