Dünya

Hərəkətdə olan avtomobildə huşunu itirən sürücünün xilas anı – VİDEO

Sharing is caring!

ABŞ-ın Florida ştatında hərəkətdə olan avtomobilin sürücüsünün halı pisləşib.

Bayılan sürücü qadının başqa maşında olan iş yoldaşı bunun fərqinə vararaq dərhal köməyə qaçıb.

Təhlükəsizlik kameralarında əks olunan görüntüdə qadın hərəkət edən avtomobili saxlamağa çalışır. Digər sürücülər də müdaxilə edərək maşını dayandıra bilirlər. Onlardan biri sürücünün yanındakı oturacağın şüşəsini qıraraq qapıları açıb. Qadın sürücü əvvəlcə huşsuz vəziyyətdə olsa da, sonradan özünə gəlib.

Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Mənbə: Haber7

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir