Dünya

İsrailin energetika naziri HƏMAS üzvlərinin edam olunmasını tələb etdi

Sharing is caring!


İsrailin energetika naziri İsrael Katz oktyabrın 7-də HƏMAS-ın hücumlarında iştirak edənlərə edam cəzasının verilməsi üçün xüsusi hərbi məhkəmənin yaradılmasına çağırıb.

Bu barədə İsrael Katz “X” sosial hesabında paylaşım edib.

“Mən HƏMAS-ın, nasistlərin və onların tərəfdaşlarının cinayətləri ilə bağlı qanunların icra edilməsi məqsədilə hərbi məhkəmənin yaradılması, öldürənlərə, boğaraq qətlə yetirənlərə və təcavüz edənlərə ölüm cəzasının tətbiq edilməsi üçün ədliyyə naziri Yariv Levinə çağırış etdim”, – deyə o paylaşımda bildirib.  

“Oktyabrın 7-də İsrail dövlətinə hücum zamanı etdikləri vəhşilikləri lentə alıblar. Bir daha əsla”, – deyə İsrael Katz əlavə edib.  

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir