Dünya

Venesuela və Qayana liderləri mübahisəli ərazi məsələsini müzakirə edəcəklər

Sharing is caring!


Venesuela və Qayana liderləri Nikolas Maduro və İrfan Əli Sent Vinsent və Qrenadin adalarında Essekibo ərazisi ilə bağlı mübahisənin sülh yolu ilə həllini müzakirə etmək üçün təkbətək görüşəcəklər.

Danışıqlar 14 dekabrda baş tutacaq. Görüş zamanı iki dövlətin prezidentləri ölkələr arasında mübahisəli məsələləri müzakirə edəcəklər.

Bundan əvvəl Venesuelada hazırda Qayananın bir hissəsi olan Essekibo bölgəsinin ilhaqına dair referendum keçirilib. Ölkə əhalisinin böyük əksəriyyəti bu ideyanı dəstəkləyib.

Qeyd edək ki, Essekibo neft və digər təbii ehtiyatlarla zəngindir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir