Dünya

Argentinada oyun zamanı hakim futbolçunu bıçaqlayıb

Sharing is caring!


Misiones əyalətində (Argentina) futbol hakimi Remixio Armoa həbs edilib. O, gənclər komandasının oyunu zamanı futbolçunu bıçaqlayıb.

Hadisə futbolçuların hakimi mühasirəyə aldıqları davadan sonra baş verib. Armoa bıçağı çıxarıb və oyunçulardan birinin sinəsinə sancıb.

Futbolçu huşunu itirib və sonra komanda yoldaşları tərəfindən meydançadan çıxarılıb. Vaxtında edilən tibbi müdaxilə sayəsində futbolçunun həyatı üçün hazırda heç bir təhlükə olmadığı bildirilir.

Armoa qaçmağa cəhd edib, lakin yerli polis tərəfindən saxlanılıb. Hazırda Argentina polisi faktla bağlı araşdırma aparır. 

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir