Cəmiyyət

Zəhərlənən şagirdin anası: “Hər zaman övladıma dönəri oradan alırdım”

Sharing is caring!


“Hər zaman övladıma dönəri oradan alırdım”.

Bu sözləri Oxu.Az-a açıqlamasında ötən gün dönərdən zəhərlənən 334 saylı məktəbin şagirdi Mədinə Fərəcovanın anası Günel Hacıyeva deyib.

O, şikayətçi olduğunu qeyd edib:

“Övladım ikinci sinifdə təhsil alır. Ötən gün dərs çıxışı Binənin mərkəzinə getdik. Orada üç sırada dönər satılır. Bir manatlıq iki dönər aldım. Birini yolda, birini evdə yedi. Yeyəndən sonra uşaq yatdı. Əlavə nə isə yemədi. Sadəcə, su içmişdi. Gecə qalxdı. Rəngi ağappaq idi. Xeyli qaytardı. Təcili yardım çağırdıq. İki sistem köçürüldü. Daha sonda xəstəxanaya gəldik. Uşaq normallaşıb. Hələ ki, həkim evə buraxmır”.

Valideyn ayyarım öncə də uşağın dönər yedikdən sonra halının dəyişdiyini qeyd edib:

“Ayyarım öncə həmin yerdən dönər almışdım. Yediyini qaytarmışdı. Soyuqdəyməsi olduğunu düşünmüşdüm. Ucuz olduğu üçün oradan alırdım. Hər kəs ucuza qaçır. Elə mən də. Düşünürdüm ki, fərqi nədir ki?”

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir