Dünya

Fransa Qvianasında qatil arılar turistlərə hücum etdi: Ölən var – FOTO

Sharing is caring!


Fransa Qvianasında qatil arı sürüsü turist qrupuna hücum edib.

Nəticədə 65 yaşlı qadın ölüb.

Bu barədə “Guyane La Premiere” radiostansiyası məlumat yayıb.

Məlumata görə, qrupda 34 nəfər olub. Onlar çimdikləri zaman gözlənilmədən Afrika arılarının hücumuna məruz qalıblar. Qadın yerindəcə ölüb, 13 nəfər isə xəsarət alıb.

Onlara kömək etmək üçün gəmi və helikopter cəlb olunub. Aralarında dörd yaşlı uşaq olmaqla dörd nəfər Qviananın paytaxtı Kayen şəhərində xəstəxanaya yerləşdirilib.

Vəziyyətləri ağır qiymətləndirilir, lakin həyati təhlükələri yoxdur.

Daha doqquz nəfərin vəziyyətinin isə orta ağır olduğu bildirilir.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir