Dünya

Azərbaycan atleti Paris-2024-ə lisenziya qazanıb

Sharing is caring!


Azərbaycan atleti Anna Skidan Macarıstanın paytaxtı Budapeştdə keçirilən atletika üzrə dünya çempionatında Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Oxu.Az xəbər verir ki, milli komandanın üzvü çəkicatma üzrə təsnifat mərhələsində uğurlu çıxış etməklə hədəfin öhdəsindən gəlib.

Skidan 77,10 metr nəticə ilə final mərhələsinə yüksəlib.

Atlet, həmçinin Azərbaycan rekordunu və özünün şəxsi nəticəsini yeniləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir