Dünya

“Jirona” komandası “Real Madrid”lə mərkəzi oyuna baş məşqçisiz çıxacaq

Sharing is caring!


“Jirona” komandası İspaniya La Liqasının XXIV turunda “Real Madrid”lə mərkəzi oyuna baş məşqçisiz çıxacaq.

Məlumata görə, buna səbəb adıçəkilən klubun məşqçisi Miçel Anxelin cəzalandırılması olub.

“Real Sosyedad”la XXIII turun matçının (0:0) son dəqiqələrində qeyri-idman hərəkətinə görə texniki zonadan qovulan 48 yaşlı mütəxəssis ikioyunluq diskvalifikasiyaya məruz qalıb.

Qeyd edək ki, “Real Madrid” – “Jirona” oyunu fevralın 10-da keçiriləcək. Hazırda “Kral klubu” 58 xalla turnir cədvəlinə başçılıq edir. Kataloniyalılar liderdən iki xal geri qalırlar.

Mənbə: football24.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir