Cəmiyyət

Bakı yollarında son vəziyyət: Sıxlıq olan küçələr – YENİLƏNİB + SİYAHI

Sharing is caring!

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Oxu.Az-a bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Ziya Bünyadov prospektində, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq, Bakı Polad Zavodunun qarşısı – əsas və kənar yol da daxil olmaqla, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində;

2. Gülarə Qədirbəyova küçəsinin Təbriz küçəsi ilə kəsişən hissəsindən Xətai prospekti ilə kəsişən hissəsinə qədər, eyni zamanda istiqamət olaraq da Xətai prospekti üzrə;

3. Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski prospekti ilə kəsişməyə qədər olan hissəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində;

4. Xətai prospektinin Firdovsi Məmmədov küçəsi ilə kəsişməsindən Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində;

5. Heydər Əliyev prospekti – kənar yolda, Əliyar Əliyev küçəsi ilə kəsişmədən Bağırov körpüsünün üzərinə sol tərəfdən dönən yola qədər, istiqamət olaraq isə “Koroğlu” metro stansiyası istiqamətində;

6. Yusif Səfərov küçəsində 28 May küçəsi ilə kəsişməyə qədər, Üzeyir Hacıbəyli küçəsi istiqamətində;

7. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində;

8. Həsən bəy Zərdabi prospektində “20 Yanvar” dairəsi istiqamətindən “Qələbə” dairəsi istiqamətində, eyni zamanda Akim Abbasov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Mətbuat prospekti istiqamətində.

09:44

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;

2. Moskva prospektində – Beynəlxalq Avtovağzalın qarşısından “20 Yanvar” dairəsinə qədər – əsas və kənar yol sıxlıq;

3. Binəqədi şosesində – Biləcəri-Baksol yolu ilə kəsişmədən – mərkəz – “Azadlıq prospekti” metro stansiyası istiqamətində sıxlıq;

4. Rövşən Cəfərov küçəsində – “20 Yanvar” dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;

5. Abdulvahab Salamzadə küçəsində, Tbilisi prospekti ilə kəsişmədən Ziya Bünyadov prospekti ilə kəsişməyədək sıxlıq;

6. Ziya Bünyadov prospektində – Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq;

7. Tbilisi prospektində, “20 Yanvar” dairəsindən İzmir küçəsi istiqamətində Akademik Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər sıxlıq;

8. Şəfayət Mehdiyev küçəsində Tbilisi prospektinə çıxan hissədə sıxlıq;

9. Abbasqulu ağa Bakıxanov küçəsi – İzmir küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək Türkiyə səfirliyi istiqamətində sıxlıq;

10. Heydər Əliyev prospektində – Ağa Neymətulla küçəsi ilə kəsişmədən Heydər Əliyev Mərkəzi istiqamətində kənar yolda sıxlıq;

11. Xətai prospekti – Neymət Quliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər sıxlıq;

12. Ağa Neymətulla küçəsində, Heydər Əliyev prospekti ilə kəsişmədən “Nəriman Nərimanov” metrosu istiqamətində sıxlıq;

13. Yusif Səfərov küçəsində, Heydər Əliyev Mərkəzinin qarşısında – tunelə girişdən Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq;

14. 28 May küçəsində Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq;

15. Dilarə Əliyeva küçəsində, Puşkin küçəsi ilə kəsişmədən hər iki istiqamətdə sıxlıq;

16. Şəmsi Bədəlbəyli küçəsində Qış parkının yanından Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq müşahidə olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir