Dünya

Odessada taxıl anbarında yanğın baş verib – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Rusiya Ordusu Krım istiqamətindən Zaporojye və Odessa vilayətlərinə hücum təşkil edib. Nəticədə Odessada taxıl anbarında yanğın baş verib.

M.Aslanovun verdiyi məlumata görə, Ukraynada azərbaycanlı gənc nazir müavini təyin olunub:

“Ukrayna Nazirlər Kabinetinin qərarı ilə Teymur Firudin oğlu Tkaçenko (Məmmədov) Ukrayna strateji sənayelər nazirinin müavini təyin olunub. O, bu vəzifəyə qədər Kiyev vilayəti administrasiyasında departament rəhbəri olub”.

Həmçinin bildirilib ki, Teymur Tkaçenko (Məmmədov) Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir