Dünya

Dünya çempionu olan isveçrəli idmançı: “Bakı Atıcılıq Mərkəzi çox möhtəşəmdir” – FOTO

Sharing is caring!


Bakıda davam edən atıcılıq üzrə 53-cü dünya çempionatında bugünkü son yarışda atletlər 50 metr məsafəyə tüfəngdən uzanaraq atəş açma növündə qarışıq komanda şəklində mübarizə aparıblar.

Oxu.Az xəbər verir ki, Yan Loxbihler və Çiara Leonedən ibarət İsveçrə komandası 1249,7 xalla qızıl medallara sahib olub. Gümüş medallara da İsveçrədən olan atletlər Kristoff Duer və Sarina Hitz yiyələniblər (1247,2 xal). Bürünc medalları Çin atıcıları Linşu Du ilə Siyu Xia əldə ediblər (1245,9 xal).

Dünya çempionu olan İsveçrə komandasının qadın atıcısı Çiara Leone uğurları barədə deyib:

“Müəyyən çətinliklər oldu. Amma biz qalib olmağı bacardıq. Biz bu yarışa çox yaxşı hazırlaşmışdıq. Ölkəmizdə bu növ üçün xüsusi məşq etmişdik. Öz aramızda danışmışdıq ki, dünya çempionu olmaq üçün nə etməliyik. Hətta ikinci pillənin də bizim olmasını istəyirdik. Buna nail olduq. Bakı Atıcılıq Mərkəzi çox möhtəşəmdir. Biz bir neçə dəfə mərkəzdə olmuşuq. Burada hər dəfə atış eləməkdən məmnunuq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir