Cəmiyyət

Şəmkirdə 21 yaşlı şəxs itkin düşüb – FOTO

Sharing is caring!


Şəmkirdə itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Şəmkir rayon Şiştəpə kənd sakini, 2002-ci il təvəllüdlü Elgün Əhmədova sentyabrın 15-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

E.Əhmədovanın əlamətləri – boyu 162 santimetr, saçları qara, gözləri şabalıdı və arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində çəhrayı rəngli hicablı don olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər, 050-341-05-58 və 070-270-00-02 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir