Dünya

Bakıdakı dünya çempionatında medal və lisenziya əldə edən ilk qadın atıcılar bəlli olub – FOTO

Sharing is caring!


Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında qadınlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmada qaliblər müəyyənləşib.

“Report”un məlumatına görə, bu növdə həm fərdi, həm də komanda halında medallar, habelə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyalar qazanılıb.

Çin yığmasının üzvü Yianq Ranxin fərdi növdə 239,8 xalla qızıl medala yiyələnib. Gümüş medal 238,3 xal toplayan yunanıstanla Anna Korakakiyə, bürünc medal isə 218,9 xal yığan digər çinli Li Xueyə qismət olub.

Komanda növündə də ilk yeri çinlilər tutub. Gümüş medala Macarıstan komandası, bürünc medala isə İran seçməsi sahiblənib.

10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qadınlar arasında yarışda iştirakçılar olimpiadaya dörd lisenziya əldə ediblər.

Yianq Ranxin, macarıstanlı Rahel Sara Fabian, vyetnamlı Trinh Tu Vinh və Cənubi Koreya təmsilçisi Kim Bomi buna müvəffəq olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir