İqtisadiyyat

Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi və KOBİA-nın Yol Xəritəsi təsdiq olunub – FOTO

Sharing is caring!

Sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumda çərçivəsində Qırğızıstan Respublikasının Ticarət və Sənaye Palatası Şurası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Azərbaycan-Qırğızıstan Biznes Şurasının yaradılması haqqında Saziş imzalanıb.

Oxu.Az xəbər verir ki, Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında birgə tədbirlərin həyata keçirilməsinə dair Yol Xəritəsi təsdiq olunub.

Həmçinin, “Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası” İctimai Birliyi və Türkiyənin “Kut Ticarət və Marketinq Məhdud Şirkəti”, “Bakı Tekstil Fabriki” MMC və Türkiyənin “İnmak Şirkətlər Qrupu” arasında anlaşma memorandumları imzalanıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir