İdman

Mahir Emreli “Legiya”da 2022-ci ilin antiqəhrəmanları sırasına düşdü

Sharing is caring!

Azərbaycan millisinin futbolçusu Mahir Emreli sabiq klubu Polşa “Legiya”sında 2022-ci ilin antiqəhrəmanları sırasına düşüb.

“Report” xəbər verir ki, hazırda Xorvatiya təmsilçisi “Dinamo”nun (Zaqreb) formasını geyinən hücumçu Varşava klubunun azarkeşləri arasında aparılan səsvermə zamanı antiqəhrəman nominasiyasında ikinci yeri tutub.

Polşada olarkən azarkeşlərin hücumuna məruz qalan və bu üzdən komandanın düşərgəsinə qayıtmayan 25 yaşlı forvard itaətsizlik səbəbindən 2004 səs toplayıb. Bu baxımdan birinci yerdə klub idarəçiliyinə görə prezident Dariuş Mioduski tutub. O, 4156 səs yığıb.

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevralında keçdiyi “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir