Dünya

Rusiya Odessanın mərkəzini raket və PUA-larla vurdu – FOTO/VİDEO

Sharing is caring!


Avqustun 14-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Odessa vilayətinə 15 pilotsuz təyyarə ilə hücum təşkil edib, səkkiz “Kalibr” tipli raket atıb.

Məlumata görə, hava hücumundan müdafiə qüvvələri bütün hücumları dəf edib. Rusiya ordusu raketlərin bir hissəsini Odessanın mərkəzinə yönəldib. Onlar vurulub, lakin qalıqların düşməsi nəticəsində təhsil müəssisələrindən birinin yataqxanasına və supermarketə ziyan dəyib.

Bir neçə binada partlayış nəticəsində pəncərələr və eyvanlar zədələnib, yaxınlıqda dayanmış avtomobillərə ziyan dəyib.

İki yerdə yanğın baş verib. Hadisə yerində xilasedicilər yanğının söndürülməsi üçün çalışırlar.

Xatırladaq ki, Rusiya qoşunları sonuncu dəfə avqustun 2-nə keçən gecə pilotsuz təyyarələrin köməyi ilə Odessa vilayətinin cənubuna hücum etmişdi.

Mənbə: delo.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir