Cəmiyyət

Həbsdə olan QHT rəhbəri kassasiya şikayəti verdi

Sharing is caring!


“İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri Rasim Məmmədovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses avqustun 17-nə təyin edilib.

Şikayət hakim Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov iki il altı ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Xatırladaq ki, QHT rəhbəri R.Məmmədov 2022-ci ilin fevral ayında həbs olunub. İttihama görə, R.Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək, heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovu söyüb, çölə çıxmasını tələb edib. R.Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov onun ünvanına yenidən nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla şirkətin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə üç dəfə zərbə vurub, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib, qərəzli xuliqanlıq hərəkətləri edib. 

Qeyd olunan əmələ görə R.Məmmədova qarşı Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir