Dünya

Müğənni Roksalana hücum zamanı Vinnitsada olub: Komanda üzvlərindən ölən və yaralanan var – FOTO

Sharing is caring!

Bu gün Vinnitsada konsert verəcək olan müğənni Roksolana raket hücumu zamanı hadisə yerində olub.

Bu barədə müğənni “Instagram” hesabında paylaşım edib.

O deyib ki, zərbə zamanı komandasının bir hissəsi şəhərin mərkəzində olub. Müğənninin sözlərinə görə, komandadan bir nəfər dünyasını dəyişib, ikincinin vəziyyəti ağırdır, əməliyyat olunur.

Vinnitsadan sonra Roksolana Xmelnitski, Ternopol və Jitomirdə konsertləri planlaşdırmışdı. Müğənni biletlərin pulunun geri qaytarılacağını qeyd edib.

Mənbə: UNİAN “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir