İdman

Azərbaycan klubunun bombardiri Səudiyyə Ərəbistanına getdi

Sharing is caring!


“Sabah”ın vingeri Coy-Lens Mikels komandanı tərk edib.

Oxu.Az xəbər verir ki, almaniyalı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

29 yaşlı Mikels artıq adıçəkilən ölkənin I Divizion təmsilçisi “Əl-Feysali” ilə müqavilə imzalayıb.

Xatırladaq ki, ərəblərin sərfəli təklifindən sonra futbolçu UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində Serbiyanın “Partizan” klubuna qarşı ilk matçda oynamaqdan imtina edib. Masazır təmsilçisi həmin görüşdə qələbə qazanıb (2:0).

2021-ci ilin yayından “Sabah”da çıxış edən Mikelsin gələn ilin yayına qədər müqaviləsi var idi. O, keçən mövsüm 17 qolla “futuristlər”in bombardiri olub.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir