Cəmiyyət

İlqar Rəhimov: “Ermənilər bu həyasız hərəkətlə öz bacarıqsızlıqlarını göstərdilər”

Sharing is caring!


“Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılması Ermənistan dövlətinin iç üzünü bir daha göstərdi. Bu cür beynəlxalq səviyyəli idman yarışında təhlükəsizlik təmin olunmalı halda, Ermənistanın baş nazirinin iştirak etdiyi tədbirdə bu təxribatın baş verməsi ölkə rəhbərliyinin öz daxili proseslərini nizamlaya bilmədiyini göstərir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib.

“Ermənilər bu həyasız hərəkətlə öz tərbiyəsizliklərini və bacarıqsızlıqlarını göstərdilər. Bundan başqa, Azərbaycan Bayrağının yandırılması Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində yürütdüyü nifrət siyasətinin bariz nümunəsidir. Onların bu hərəkəti həm də Ermənistanda etnik zəmində Azərbaycan xalqına qarşı nifrətin hökm sürdüyünü bir daha təsdiq edir, rasizmin, milli, dini ayrı-seçkiliyin hökm sürdüyünü aydın şəkildə göstərir.

Bu, idman sahəsində Ermənistanın Azərbaycana qarşı ilk təxribatı deyil. Keçən il Beynəlxalq Paralimpiya Komitəsinin növbədənkənar Baş Assambleyasında Ermənistan nümayəndə heyəti Azərbaycana qarşı təxribata cəhd etməyə çalışıb. Orada Ermənistan nümayəndəliyi Paralimpiya Komitəsi rəhbərliyi və iştirakçıları tərəfindən layiqli cavablarını almışdılar.

Azərbaycan idmançıları hər zaman bütün idman arenalarında erməni idmançılarından üstün olub, onları məğlub ediblər.

Düşünürəm ki, Avropa və dünyanın idman təşkilatları Ermənistanda dövlət səviyyəsində yürüdülən rasizm və nifrət siyasətini sərt şəkildə qınamalı, Ermənistanda hər hansı beynəlxalq tədbirin keçirilməsinə qadağa tətbiq etməlidirlər”, – deyə İ.Rəhimov qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir