Dünya

Diplomatik səviyyədə peşmanlıq: Ermənistan rəsmisi bayraq təxribatını şərh etdi

Sharing is caring!


Ermənistan baş nazir aparatının rəhbəri, İrəvanda başlayan ağır atletika üzrə Avropa çempionatının Təşkilat Komitəsinin sədri Arayik Arutyunyan Azərbaycan idmançılarına qarşı törədilən təxribatla bağlı yaranmış vəziyyəti şərh edib.

Bu barədə Ermənistan KİV xəbər yayıb.

Məlumata görə, o, dünənki hadisənin Ermənistanı tam şəkildə yeni tərzli, innovativ, mədəni, idman mərkəzi və əməkdaşlığa, dostlaşmağa dəyər verən ölkə kimi təqdim etməyə imkan vermədiyini vurğulayıb.

“Hər halda, bəlkə də, son detalı nəzərə almamışıq, hesablamamışıq… Dövlətə, bəli, dövlətə qayğı ilə yanaşmaq lazımdır. Hər bir düşüncəsiz, guya “qəhrəmanlıq” addım bizi geridə qoya, tərəqqi yolundan geri çəkə bilər”, – deyə bəyanatda bildirilir.

Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.

Bundan əvvəl Oxu.Az Ermənistanın söz verib icra etmədiyi öhdəliklər barədə sənədi dərc edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir