İdman

Azərbaycan Premyer Liqası: “Neftçi” ilk qələbəsini qazanmağa çalışacaq – AFİŞA

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, “Neftçi” öz meydanında “Səbail”lə qarşılaşacaq.

“Neftçi Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq.

İlk görüşdə səfərdə “Kəpəz”ə məğlub olan “ağ-qaralar” ilk qələbələrini qazanmağa çalışacaqlar. Elə “Səbail” də ilk matçında “Sumqayıt”a uduzub.

Azərbaycan Premyer Liqası

II tur

14 avqust (bazar ertəsi)

20:00. “Neftçi” – “Səbail”

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Zöhrab Abbasov, Sabuhi Bayramov

“Neftçi Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz Naxçıvan” “Qəbələ”yə (2:0), “Zirə” “Kəpəz”ə (1:0), “Qarabağ” isə “Turan Tovuz”a (3:0) qalib gəlib. “Sumqayıt” – “Sabah” matçı isə təxirə salınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir