Dünya

İngiltərə Premyer Liqasını Azərbaycanda yayımlayacaq telekanal məlum oldu

Sharing is caring!


İngiltərə Premyer Liqasının 2023/24 mövsümü Azərbaycanda yayımlanacaq.

“İdman TV” yarışın yayım hüququna yiyələnib. Bu barədə telekanalın direktoru Rövşən Binnətli özünün “Facebook” hesabında məlumat yayıb.

“İngiltərə Premyer Liqası “İdman TV”də!

Milli çempionatların tacı sayılan əsrarəngiz mübarizədən, təbii ki, azarkeşi olduğunuz komandanın oyunundan zövq almaq arzusu ilə…” – R.Binnətli yazıb.

Qeyd edək ki, Premyer Liqada yeni mövsüm bu gün “Bernli” – “Mançester Siti” matçı ilə start götürəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir