Cəmiyyət

Azərbaycan diasporunu təmsil edən alimlər Beynəlxalq Konqresə qatılacaqlar – FOTO

Sharing is caring!


Azərbaycan diasporunu təmsil edən alimlər Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə qatılacaqlar.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində oktyabrın 2-6-da keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində Azərbaycan diasporunu təmsil edən tanınmış alimlər də iştirak edəcəklər.

Onların arasında Mərkəzi Florida Universiteti, Günəş Enerjisi Mərkəzi, Hidrogen Energetika üzrə qrup rəhbəri Prof. Dr. Nazim Muradov, İstanbul Ticarət Universitetinin professoru, mexanika və aerokosmik mühəndislik sahəsində tanınmış alim Abdulla Sofiyev, İstanbul Texniki Universitetinin Aeronavtika və kosmonavtika fakültəsinin professoru Çingiz Hacıyev, “Capella Space” şirkətinin meneceri, Florida Azərbaycan icmasının rəhbəri Esmira Bayramova var. 

Qeyd edək ki, xaricdə yaşayan bu alimlər Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi siyahı üzrə seçiliblər. Alimlərlə mütəmadi əlaqə yaradılıb və onların təqdim etdikləri elmi məqalələr soydaşlarımıza 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxış etmək hüququ qazandırıb.

Xatırladaq ki, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. İlk dəfə ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə – 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 ildən sonra yenidən Azərbaycanın ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir