Cəmiyyət

Anar Quliyev: “Bəzi universitetlərin Bakıdan köçürülməsi ilə bağlı tədbirlər planı hazırlanacaq”

Sharing is caring!


“Bəzi universitetlərin Bakıdan kənara köçürülməsi istisna deyil”.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

Komitə sədri bildirib ki, bu addımlar Elm və Təhsil Nazirliyinin həyata keçirməli olduğu çox ciddi bir islahatdır:

“İstisna etmirəm ki, müəyyən universitetlər köçürülə, vahid bir kampus yaradıla və fəaliyyətlərini davam etdirə bilərlər. Bu, həm təhsilin təşkili baxımından, həm də şəhərdaxili infrastrukturun təkmilləşdirilməsi üçün önəmli bir islahat ola bilər.

Növbəti illər ərzində bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə birgə tədbirlər planı hazırlanaraq icra edilə biləcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir