Dünya

İran Ərbili atəşə tutdu: İraqlı milyarder ailə üzvləri ilə birlikdə həlak oldu – VİDEO

Sharing is caring!


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraqın Ərbil şəhərində ABŞ konsulluğunun yaxınlığına hava hücumu zamanı azı dörd nəfər həlak olub.

Bu barədə ABC telekanalı öz mənbələrinə istinadla xəbər verib.

Məlumata görə, ümumilikdə səkkiz obyektə hücum edilib. ABŞ ordusu və koalisiya qüvvələri arasında xəsarət alanlar yoxdur.

Bəzi məlumatlara görə, ölənlər kürd iş adamı, milyarder Peşrav Ceyi və onun ailə üzvləridir. Biznesmenin evinə raket düşüb. Kürdüstanda regional hakimiyyətə yaxın nüfuzlu iş adamı olan Peşrav Zeyinin “Mossad”la əlaqəsi olub. O, “Empire” və “Falcon Group” kimi böyük şirkətlərin sahibi idi.

Bundan əlavə, kürd kəşfiyyatının yüksəkrütbəli məmurunun evi, eləcə də kürd kəşfiyyat mərkəzi raket hücumuna məruz qalıb.

Koalisiya qüvvələri isə Ərbil beynəlxalq hava limanı yaxınlığında üç pilotsuz uçuş aparatını vurublar. Bundan sonra bombardman dayanıb.

SEPAH nümayəndələri hücumların İranda törədilmiş son terror aktlarına cavab olaraq həyata keçirildiyini bəyan ediblər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir