Cəmiyyət

Nazir müavini: “İşğaldan azad edilmiş ərazilərə köçürülmüş 1100-dən çox şəxs işlə təmin edilib”

Sharing is caring!


“Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı məşğulluq tədbirlərinə və sosial xidmət infrastrukturunun qurulmasına başlanılıb”. 

Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, artıq bu ərazilərə köçürülmüş 1100-dən çox şəxsin məşğulluğu təmin edilib: 

“Peşə hazırlığı proqramının icrasına başlanıb, Füzuli və Laçında əmək yarmarkaları keçirilib. Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən həmin ərazilərdə işləyən mütəxəssislər üçün bir sıra güzəştlər müəyyən edilib”.

Nazir müavini qeyd edib ki, doqquz şəhər və rayonu əhatə edərək 900 mindən çox şəxsə xidmət göstərən Qarabağ Regional DOST Mərkəzi, həmçinin Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib: 

“İsmayıllıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST Evi” filialının açılışı olub. Ötən il DOST mərkəzlərində 702 min şəxsə xidmət göstərilib, xidmətlərdən məmnunluq səviyyəsi 98,1% təşkil edib”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir