Dünya

“Vaqner” Rusiyaya qayıda bilər: Putinlə Priqojin arasındakı razılaşmalar pozulub?

Sharing is caring!


“Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri Belarusu tərk edərək Rusiyaya qayıda bilərlər.

Bu prosesin başlaması Rusiya Prezidenti Vladimir Putinlə Yevgeni Priqojin arasında razılaşmaların pozulmasından xəbər verə bilər.

Bu barədə Amerika Müharibələrin Tədqiqatı İnstitutunun (ISW) hesabatında bəhs edilib.

Bildirildiyinə görə, Rusiya hökumətindəki adı açıqlanmayan mənbə iddia edir ki, “Vaqner” döyüşçüləri Belarusdan geri çəkilmənin birinci mərhələsini həyata keçirirlər. İndi onların 500-dən 600-ə qədər üzvünün Krasnodar diyarına, Voronej və Rostov vilayətlərinə köçürüldükləri iddia edilir. İkinci mərhələnin avqustun 13-dən sonra başlanması nəzərdə tutulur.

Qeyd olunur ki, Rusiya, gözlənildiyi kimi, onların maaşlarını kompensasiya etməyəcək, Belarus Prezidenti Aleksandr Lukaşenko isə onları maliyyələşdirməkdən imtina edib, bu səbəbdən də “Vaqner”çilər Belarusu tərk edə bilərlər. Eyni zamanda, Belarus hərbçilərinə təlim keçmək üçün “Vaqner” təlimatçılarından ibarət kiçik bir qrup Belarus Respublikasında qalacaq.

Hələlik ISW analitikləri “Vaqner” qüvvələrinin Belarusu tərk etməsini əyani sübut edəcək hansısa hal müşahidə etməyiblər. Mənbələrin bildirdiyinə görə, Liviyaya yerləşdirilməyən döyüşçülər “təcili” şəkildə Rusiyaya tətilə gediblər və hər an yeni göstərişlər ala biləcəkləri üçün onlara əlaqəni itirməmələri tapşırılıb.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir