Dünya

Latviya Belarusu təxribat törətməkdə ittiham etdi – FOTO

Sharing is caring!


Latviya Belarusu sərhəddə təxribat törətməkdə ittiham edib.

Belə ki, Latviya belarusların qeyri-qanuni miqrantların ölkəyə qanunsuz daxil olmasına köməklik etdiyini diqqətə çatdırıb. 

Bu barədə Latviya Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd edilib.

Məlumata görə, Kaplavski sərhəd dəstəsinin sərhədçiləri dörd nəfərin sərhədi keçmək üçün hasarın üstünə çıxdığını görüblər.

“Belarus hakimiyyəti qeyri-qanuni mühacirlərə hasardan keçməyə kömək edib, bunun üçün məftilləri kəsib, sonra isə Latviyaya qanunsuz daxil olmuş kişilərin Belarusa qayıtmasının qarşısını almaq üçün hasarda açılmış keçidi qapadıb”, – deyə sərhədçilər bildiriblər.

Sərhəd pozucuları saxlanılıb və gəldikləri ölkəyə geri qaytarılıblar.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir