Dünya

Ukrayna rəsmisi ən qızğın döyüşlərin getdiyi bölgəni açıqladı: “Döyüş əməliyyatlarının episentri idi”

Sharing is caring!


“Bütün ötən həftə ərzində rusiyalılar Xarkov vilayətində əvvəllər itirdikləri ərazilərə nəzarəti bərpa etməyə çalışıblar. Buna görə də ən qaynar bölgə kimi Kupyansk istiqamətini göstərmək olar”.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar telemarafonun efirində açıqlama verib.

“Yəqin ki, Kupyansk istiqamətində ən qızğın döyüşlər gedib. Bu istiqaməti olduqca qaynar bölgə hesab etmək olar, düşmən bizim müdafiəmizi yarmağa çalışırdı. Buna müvəffəq ola bilmədi. Lakin qarşıdurma çox sərt keçdi”, – deyə o qeyd edib.

Malyarın sözlərinə görə, rusiyalılar Xarkov vilayətində ötən ilin payızında itirdikləri mövqeləri geri almağa çalışıblar.

“Onların belə bir planı var. Onlar Xarkov vilayətində itirilmiş əraziləri qaytarmaq istəyirlər”, – deyə o bildirib.

Malyar vurğulayıb ki, ötən həftə cəbhədə vəziyyət həm şərq, həm də cənub istiqamətində son dərəcə çətin və gərgin olub.

“Düşmən özü üçün əsas istiqamət olaraq şərqi seçib. Bu ilin yanvar ayından orada bir neçə istiqamətdə hücum davam edir. Bunlar Limanskoye, Kupyanskoye, Avdeyevskoye, Maryinskoye və Baxmutskoye istiqamətləridir. Bütün ötən həftə ərzində şərq döyüş əməliyyatlarının episentri olub”, – deyə o əlavə edib.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir