Dünya

Türkiyə 2023-cü ilin fevralında baş verən zəlzələlərin zərərinin miqdarını açıqlayıb

Sharing is caring!


2023-cü ilin fevralında baş vermiş zəlzələlərin Türkiyəyə dəymiş ümumi zərəri 110 milyard dollar təşkil edib.

Bunu ölkənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib və Türkiyə ərazisinin 66%-nin seysmik risk zonasında olduğunu qeyd edib.

“Fevralın 6-da baş vermiş zəlzələlərdən ümumi itkilərimiz 110 milyard dollar qiymətləndirilir. Ölkəmizin ərazisinin 66 faizi, vətəndaşlarının 71 faizi birinci və ikinci dərəcəli zəlzələ riski altındadır”, – deyə nazir parlamentdə müzakirələr zamanı deyib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 bal və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar geniş ərazidə və qonşu ölkələrdə də hiss olunub. Türkiyə hakimiyyəti daha əvvəl zəlzələlərin vurduğu zərərin 100 milyard dolları ötdüyünü bildirmişdi.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir