Dünya

Çexiya öz vətəndaşlarına Ukrayna ordusunun sıralarına qoşulmağa icazə verib

Sharing is caring!


Çex Respublikasının Prezidenti Petr Pavel 14 ölkə vətəndaşının Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmasına icazə verib.

Bu barədə Polşa mətbuatı xəbər verib.

Qeyd olunur ki, Ukraynadakı müharibədə leqal olaraq iştirak etmək istəyən çexlər üçün ölkə prezidentinin icazəsi zəruridir. Belə ki, Çexiya qanunvericiliyinə görə xarici ölkələrin silahlı qüvvələrdə xidmət etmək, zəruri hallar istisna olunmaqla, qadağandır.

Bu hüquq yalnız ölkə prezidentinin xüsusi sərəncamı ilə mümkündür, əks halda Ukraynadakı hərbi əməliyyatlarda iştirak edənləri Çexiyada cinayət təqibi gözləyir.

Mənbə: iROZHLAS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir