Dünya

Rusiyada məhkum istintaq təcridxanasının qəbul pəncərəsindən qaçıb – VİDEO

Sharing is caring!


Blaqoveşenskdə oğurluqda təqsirli bilinən şəxs istintaq təcridxanasının qəbul pəncərəsindən qaçıb.

Hadisə müşahidə kameraları tərəfindən lentə alınıb.

Görüntülərdə kişinin ötürücü pəncərəni açıb oradan qaçdığı görünür.

Rusiyanın Amur vilayəti üzrə Federal Penitensiar Xidmətinin mətbuat xidməti bildirib ki, 22 yaşlı gəncə otağı təmizləmək tapşırılıb. O izə nəzarətsiz qalaraq fürsətdən istifadə edib.

“Federal Penitensiar Xidmətin əməkdaşlarına dərhal xəbərdarlıq edilib, postlar qurulub, qarşılıqlı əlaqədə olan orqanlar məlumatlandırılıb və məhkumla bağlı məlumatlar göndərilib”, – deyə idarədən bildirilib.

Mənbə: NTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir