Cəmiyyət

Bakıda İsmayıllı sakinini avtomobil vurub

Sharing is caring!


Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Əli bəy Hüseynzadə küçəsində baş verib.

Belə ki, 1972-ci il təvəllüdlü Rövşən Nəriman oğlu Cəfərov yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir